AZ / EN / RU
 
 
Sabina Perfumery & Cosmetics
 

Проверить баланс карты

 
 
 
Triphasic dəst 16 ədəd ampula

Rene Furterer, Triphasic dəst 16 ədəd ampula

Triphasic – saçların tökülməsinə qarşı regenerasiyaedici serum. Saçların proqressiv tökülməsi zamanı istifadə olunur (hormonal və/və ya irsi).
Saçların tökülməsinə qarşı bərpaedici TRIPHASIC serumu saçların tökülməsini dayandırır, strukturunu yaxşılaşdırır və onların uzanmasını aktivləşdirir.
Tərkibində Pfaffiya ekstraktı olan patentləşdirilmiş unikal formul baş dərisinə üçqat təsir göstərir:
-baş dərisində mikrosirkulyasiyanı aktivləşdirir
-yeni, daha güclü saçların çıxmasını təmin edir
-dəri yağının ifrazına nəzarət edir.

İstifadə qaydası: Trifazik 1 ay ərzində həftədə 2 dəfə 1 ampula baş dərisinə çəkilir. Sonra 2 ay ərzində həftədə 1 dəfə çəkilir. İstifadədən öncə qapağın içindəkini ampulanın içinə sıxıb, yaxşıca qarışdırmaq lazımdır. Xarici istifadə üçündür. Gözlərə düşməsindən qoruyun.

Nəticə: Saç soğanağının qidalanmasını yaxşılaşdırır,tökülməni ləngidir və yeni sağlam saçların çıxmasını aktivləşdirir. Forticea şampunu saçların uzanmasına əlavə aktiv təsir göstərir.

 

Aktiv komponentlər:

Pfaffiya bitki ekstraktı-Saç Uzanma Faktorunu artırır (SUF), saç köklərinə təsir edir.
Balqabaq toxumları ekstratı (Kurbisiya) – artıq saç yağı ifrazını azaldır
Portağal və lavandanın efir yağları – antibakterial təsirə malikdir, eləcə də mikrosirkulyasiyanı aktivləşdirir
PP və B5 vitaminləri – tonuslaşdırır, nəmləndirir, saçları həyat gücü ilə zənginləşdirir.
A və E vitamini- hüceyrə bərpasını aktivləşdirir.
B6 vitamini – dəri yağının ifrazına nəzarət edir.
Siklodekstrinlər – aktiv elementləri daha yaxşı nüfuz etməsinə təsir göstərir.


 

NOVELTY BY Rene Furterer