Tom Ford Tom Ford Noir EDP 50ml

Dizayner və modelyer Tom Fordun 2012-ci il ətirlər kolleksiyasında xüsusi yeri Noir kişi ətri tutur. Qara şüşədən ibarət, düzbucaqlı flakonun ciddi xəttləri bir sirri gizlədir, kişi xasiyyətinin dərinlik və hərtərəfliliyini öyrənməyə səsləyir. Xaricdən bizim qarşımızda eleqant və aristokrat işguzar kişi dayanır, daxildən isə cəzbedici xasiyyət gizlənir. Tom Ford Noir fujer ətri ona ovsunlayıcı mülayimlik və zəriflik bəxş edən ədviyyatlar ilə bəzədilib.

Availability: In Stock

Size: 50 ml

Noir parfüm suyu berqamot və verbenin təravətli notları ilə, bənövşənin zərif yaşıl notları və zirənin sərt səslənəsi ilə açılır. Ətrin ürəyini müşk şalfeyi, qara istiot və müşk fındığının bürüdüyü qızılgül, iris və gerandan ibarət çiçək dəstəsi təşkil edir. Oduncaq bazası paçuli və opopponaksın balzamik akkordları, vetiver və vanilin torpaq notları ilə şirin qoxur. Kompozisiyaya cəzbedici, animalistik çaları ənbər və sivetta bəxş edir.