Tom Ford Oud wood EDP 100ml

2007-ci ildə Tom Fordun "Private Blend" ətirlər kolleksiyasına yeni Oud Wood uniseks ətri əlavə olundu.Bu oduncaq şərq ətri daha çox aqar ağacı kimi tanınan qətran-tüstülü ətrli ud oduncağı ətrafında qurulub. Kifayət qədər nadir və qiymətli bu komponent şərq ədviyyatları ilə birgə ciddi və zərif xarakterə malikdir. Onun bürüyən istiliyi valeh edir və diqqəti öz sahibinə yönəldir.Qadınların üzərində zərif şirin çalar, kişilər üzərində isə tünd və nəcib oduncaq çaları əldə edir.

Availability: Out of Stock

Size: 100 ml

Oud Wood ətri isidilmiş aqar və palisandra ağacı oduncağnın ekzotik qarışığı ilə qətran-balzamik ətrafında yayılan  şirin çalarlı ətirdir. Yandırıcı hil və kəskin siçüan istiotu səslənməyə sərtlik bəxş edir.Kompozisiyanın ürəyində oduncaq dəstəsinə səndəl və vetiverin xeyirxah akkordları əlavə olunur. Tamamlayıcı notlar ənbər, vanil və tonk paxlaları sayəsində qeyri-adi cəzbedici səslənir.