Tom Ford Noir de Noir EDP 50ml

Gecə xüsusi sehrə malikdir. Sutkanın bu vaxtı şəhər ən gizli arzuları oyadan zülmətə qərq olur. Zülmət özündə kəşf edilməmiş şarm və əlçatmazlığı gizlədir, o, cəlb edir, itələyir, çağırır və rədd edir. Onun sirrlərini öyrənmək bacarığı yalnız ən cəsarətli və məqsədyönlü şəxsiyyətlərə, həqiqi həzzin  mənasını bilən və Tom Ford amerikan brendindən Noir de Noir  parfüm suyunu seçənlərə nəsib olub.

Availability: Out of Stock

Hətta onun klassik lakonik flakonu məxməri-qara şüşəli magiyaya bürünüb. Giriş həmişəyaşıl zəfəranın budaqları ilə bəzədilmiş məxməri qızılgüllərin həyəcanlandırıcı axını ilə zəngindir. Ürək şirin vanilin yüngül kölgəsinin düşdüyü ud eliksiri ilə paçulinin birləşməsi sirrini gizlədir. Möhtəşəm dadlı simfoniyanı nəm palıd mamırı ilə şokolad trüfeldən ibarət və öz sahibini zərifcəsinə əhatə edən hərtərəfli şleyf tamamlayır. Tom Ford Noir de Noir ətri həm kişi, həm də qadın başlanğıcı ilə mükəmməl harmoniya yaradır, onları birləşdirərək, ən yaxşı tərəflərini vurğulayır.