Tom Ford Black Orchid EDT 30ml

Məşhur dizayner Tom Ford tərəfindən buraxılan dəbdəbəli Black Orchid ətri heç kimi biganə qoymayacaq. Ətir kişilərin ürəyini fəth etməyə və onları idarə etməyə alışan özünə güvənən, güclü xasiyyətli qadınlara həsr olunub. Dolğun, dərin ətir obraza ovsunlayıcı sirrlilik və cazibə bəxş edir. Onun mülayim məxməriliyi, şirin cazibəsi kişilərin diqqətini cəlb edir, hissləri həyəcanlandırır. Tom Ford Black Orchid tualet suyu özündə klassikanın xeyirxahlığı ilə müasirliyin sərtliyini harmoniya ilə birləşdirir.

Availability: In Stock

Size: 30 ml

Kompozisiyanın təravətli başlanğıcı ilanq-ilanqın şirin notlarının, qarağatın oynaqlığının və sərt berqamotun ətrafında qara trüfelin çoxşaxəli ətri ilə hopdurulub. Black Orchid ətrinin ürəyində lotosun təravətli akkordları ilə qara səhləb çiçəyi hökmranlıq edir. Oduncaq bazası özündə paçuli, vanil, lavanda və şərq qoxularının mülayim akkordları ilə səndəl, vetiver notlarını birləşdirir.