Tom Ford Black Orchid EDP 100ml

Məşhur ameikan dizayneri Tom Fordun ilk ətri elit ətirlər dünyasında əsl təəssürat yaratdı. Black Orchid parfüm suyu nahamar şüşədən ibarət zərif qara flakona yerləşdirilib. O, üzərində ətrin adı yazılmış qızılı lövhə və brendin monoqramması olan qızılı lent ilə bəzədilib. Provokasiyon ətirə tam uyğun olan cəzbedici və sirrli dizayn qadın obrazına seksuallıq və cazibə bəxş edir.

Availability: In Stock

Size: 100 ml

Dəstənin zərif komonentlərini əsl qurmanlar layiqincə qiymətləndirəcək. Piramidanın zirvəsində qara trüfelin ilanq-ilanq ilə, berqamotun isə yetişmiş qarağat ilə möhtəşəm qarışığı dayanır. Ətrin «ürəyində» meyvə notu lotos çiçəyinin yüngül çaları olan qara səhləb çiçəyinin dərin və cəzbedici səslənməsinə keçir. Səndəl, vetiver və paçulinin xeyirxah keçidlərindən ibarət klassik baza vanil şokoladının mülayimliyi və ladanın ədviyyatlı qətranlı və xoş ətri ilə bəzədilib.