HUGO BOSS BOSS The Scent EDT 100ml

HƏYƏCANLANDIRICI, OVSUNLAYICI, UNUDULMAZ

BOSS stilində cazibə - bu sənət əsəridir, özünə güvən və azadlığın mükəmməl balansıdır, qadının arzularını başa düşməkdir, unudulması mümkün olmayan hiss və emosiyaların oynudur.

BOSS kişisi cəlb edə bilir: onun xüsusi stili, şəxsi unikal imzası var. O, pıçıltının qışqırıqdan daha güclü olduğunu bilir. Onun cazibəsi - bu, yenidən və yenidən təkrarlanmasını istədiyimiz bütün hisslərin ehtiraslı və zərif oynudur.

Availability: In Stock

Size: 100 ml

BOSS THE SCENT ətri BOSS kişisinin peşəkar uğurları deyil, onun daxili aləmini vurğulayaraq, onun yeni tərəfini kəşf edir. Şəxsi stil, özünə güvən və cazibə -bunlar BOSS kişisini xarakterizə edir. Onun uğuru hər zaman cazibəlidir.

Yeni THE SCENT ətri BOSS kişisinin əsas xüsusiyyətlərini vurğulayır. THE SCENT – BOSS brendi üçün əhəmiyyətli ətirdir, o, cazibəyə olan baxışları dəyişir və emosional qəbulun yeni səviyyəysinə qaldırır.

BOSS Parfums hisslər və ağlı tam öz təsiri altına alaraq, unudulmaz təəssürat saxlayan cazibəyə inanır.

BOSS THE SCENT ətrinin kompozisiyası tamamilə təkrarolunmazdır. Onun tərkibinə vətəni Afrika olan, afrodiziak sayılan və marakuya və romu xatırladan maninka meyvəsi daxildir. O, dərin hisslər, arzular və unudulmuş xatirələri oyadır. Ətrin tərkibinə dəridən olan kişi notları daxildir. Onlar ətirə qalıcılıq və qeyri-adi səslənmə bəxş edir.

Yuxarı notlar: ədviyyatlı zəncəfil parlaq və cəzbedici ilk təəssüratı yaradır.
Ürək notları: maninka meyvəsinin hissləri həyəcanlandıran ətri lavandanın hökmranlıq edən notlarıyla birləşərək, dərini zərifcəsinə bürüyür.
Baza notları: xatirələr kimi dərin və qalıcı dərinin dolğun ətir kompozisiyanı cəsarətli, kəskin və ovsunlayıcı edir.

THE SCENT ətrinin açar elementi - unudulması mümkün olmayan BOSS kişisinin unikal xarizmasına malikdir.