HUGO BOSS BOSS Bottled Night EDT 50ml

Sirrli silah hər formada ola bilər! Buna misal olaraq, Hugo Boss Boss Bottled Night tualet suyunu göstərə bilərik. Ətrin adında "gecə" sözünün olması əbəs deyil. Bu ətrin bütün gözəlliyi məhz gecə zamanı açılır. Ehtiras və seksuallıq ətri bütün çalarlarla oynayır, çiçək kimi açılır və öz sahibinin ürək döyüntülərini sürətləndirir.

Availability: In Stock

Size: 50 ml

Gənc, enerjili, həyatı bir yerdə durmayan və gecəsi yalnız yuxu üçün olmayanlar üçün yaradılıb. Flakon və qablaşdırmanın da xarici görünüşü cəzbedicidir. Dolğun göy rəng bu ətrin sadə olmamasına işarə edir!

Tualet suyu sizi oduncaq və müşk notlarının əlavə olunduğu tozağacı ağaclığının xoş ətirlərinə qərq edir. Parlaq obrazınızı tamamlamaq üçün özünüzə xüsusi şarm, mükəmməl stil bəxş edin.