Giorgio Armani SKY DI GIOIA EDP 50ml

SKY DI GIOIA — xoşbəxtlik və harmoniya mənbəyi kimi gözəlliyin əksolunması, cəzbedici ətir...O, dəniz üzərində gün doğması spreyinə, çəhrayının bütün çalarları kimi ovsunlayıcı baxışlara bənzəyir və valeh etməyə davam edir. Ətriyyatçılar SKY di Gioia ətrini yaradaraq, Armani Evinin zəngin ənənələrinə müraciət etmişdirlər və ürəyində yüzləçəkli qızılgülün gizləndiyi zərif kompozisiyada səma ünsürünü təcəssüm etmişdirlər. 

Availability: In Stock

Size: 50 ml

Mari Salaman bu çiçəyin ətrini bütün kompozisiyanı günəş şüası kimi işıqlandıran təravətli liçi və yaşıl armuddan ibarət qığılcımsaçan yuxarı notlar ilə vurğulamışdır. Pionun dəbdəbəli məxməri akkordları akvatik  Transluzone duzlu sıçrantıları ilə bürünüb. Dolğun və cazibəli qızılgül kompozisiyanı tamamlayaraq, zərif və incə çəhrayı qönçə ilə açılır. Ağ müşk çalarlı Helvetolid kompozisiyanı qarağat notları ilə çərçivələndirir, böyürtkən çalarları isə bu zəriflik və xoşbəxtlik simfoniyasını tamamlayır.