Giorgio Armani SI EDT 100ml

Müasir, zərif, cazibəli SI qadını.O, italyan stili və eleqantlılığının məğzini təcəssüm etdirir. O, həyata «HƏ» deyir! Si qalıcılığa, Sİ arzulara, Sİ azadlığa, Sİ sevgiyə və Sİ özü-özünə.
Bu tualet suyu əfsanəvi Sİ ətrinin dəyişik variantını təqdim edir-təravətli, qığılcımsaçan, parlaq və romantik, daha da gəncsayağı, zərif və enerjili. Ətir məşhur brendin interpretasiyasında zərifliyin müasir əsəri oldu.

Availability: Out of Stock

Size: 100 ml

Çılpaq dəri üzərində zərifcəsinə sürüşən və virtuoz ziddiyyətli səslənmə ilə fərqlənən ipək kimi cazibəli şipr-çiçək kompozisiyası. Əvvəlcə flakondan armud və qarağat notlarının, narıngi, berqamot və neroli çalarlarının qeyri-adi notları azad olur. Ardınca səslənməni qızılgül və freziyadan ibarət  ürək notları dərhal əvəzləyir. Sonra isə müşk, kəhrəba, paçuli və vanildən ibarət yüngül şleyf səslənir. Bu cür ətri hər zaman pozitivə köklənən və emosiyalara təslim olmağa hazır olan həyatsevər qadın qiymətləndirə bilər. Axı yeni Si hər günün gözəllik, sadəlik, azadlıq və arzularına «hə» deməyə səsləyir.