SABINA korneri 28 Mall TM-nin 3-cü mərtəbəsində açıldı

"Sabina" kornerində müxtəlif corablar təqdim olunub. Aparıcı brendlərdən klassik, eləcə də yeni, xüsusi kolleksiyalar, fərqli rənglər və ölçülərin geniş seçimi:

Golden Lady

Golden Lady – bütün dünya qadınlarının sevimlisinə çevrilmiş, xanımlar üçün dəbli brend. Praktik və aktual modellər seriyasına 8, 15, 20, 40, 50, 70 den qalınlıqlı baza rənglər daxildir. Onların arasında Siz hündür bel və alçaq bel, şortlu və şortsuz, modelləşdirici və yığıcı effektə malik modelləri seçə bilərsiniz. Ölçülərin geniş çeşidi isə düzgün ölçü seçiminə imkan yaradır. Bu corablar həm gündəlik istifadə, həm də xüsusi günlər üçün uyğundur.

SISI

SISI – İtaliyadan tarixi brend. Bu brend 1925-ci ildən bu günə qədər bütün qadınların qəhrəmanıdır. SISI keyfiyyətə, eleqantlığa,hər gün təəccübləndirmək ehtirası və arzusuna inanır. Hər il kompaniya istənilən qadın obrazını harmoniya ilə tamamlayan, onun cazibə və eleqantlığını vurğulayan yeni orijinal və dəbli, fərqli formalı corablar istehsal edir. Classici seriyasına gündəlik istifadə üçün yüksək keyfiyyətli materiallardan fərqli toxuma texnikaları ilə hazırlanmış, toxunuşda yumşaq olan çox nazik corablardan çox qalın corablara qədər fərqli modellər daxildir.

OMSA

OMSA keçən əsrin 50-ci illərində yaradılıb. O, təməlinə öz eleqant, cazibəli və zərif kolleksiyalarını qoyan ilk brenddir. OMSA öz məhsullarının keyfiyyətini artırmağa davam edir və bununla da satış markasının dəyəri artır. Məhsullarının keyfiyyəti, eleqantlığı, geniş çeşidi, şarm və dəbə olan diqqəti və istehsal sahəsində mükəmməlliyi kompaniyanın bütün dünyada qadınların arasında məşhurluğu ilə zirvədə qalmağına imkan verir. Hal-hazırda o, öz sahəsində ən dinamik avropa şirkəti olaraq qalır.

Sanpellegrino

Sanpellegrino məhsulları yüksək keyfiyyəti və sərfəli qiymətləri ilə seçilir. Klassik corablar kolleksiyası Sanpellegrino - stil və zövq baxımından seçilən məhsul çeşidləridir. Sanpellegrino corabları istənilən geyim ilə mükəmməl uyğunlaşır. Korrektəedici şəffaf modellər, ayaqlara bərabər paylanan təzyiqi olan rahat corablar bədən quruluşunun skulpturları hesab olunur. Klassika - hər zaman trenddədir, Sanpellegrino isə - hər zaman yüksəkdə olduğu üçün qüsursuz imici fəht etməyə ehtiyacı olmayan corablardır.

Oroblù

Oroblù – bu, ən məşhur premium səviyyəli italyan brendidir. O, corab məhsulları arasında etalondur. Oroblù dünyada corab məhsullarının ən yeni dəbi ilə zərif cinsin nümayəndəlirinin ən qeyri-adi və cəsarətli arzularını həyata keçirir. Oroblù brendinin bütün corab kolleksiyaları aparıcı italyan dizaynerləri və texnoloqları tərəfindən yaradılır.

Corablar seçimində Sizə “Sabina” kornerinin məsləhətçisi yardımçı olacaq.

Yeni “Sabina” korneri hər gün saat 10:00-dan 22:00-a qədər fəaliyyət göstərir.