Onu tanıyan hər kəsin qəlbində xoş xatirə olaraq əbədi yaşayacaq

"Sabina" şirkəti baş direktor və sahibi Fuad Rafiq oğlu Şıxəliyevin qəfil vəfat etməsi ilə əlaqədar əvəzolunmaz itkini dərin hüznlə  bildirir.

Şıxəliyev F.R. 6 aprel 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsini bitirdikdən sonra əmək fəaliyyətinə “Ozon” zavodunda proqram mühəndisi kimi başlamışdır.

1988-ci ildə gələcəkdə Xarici İqtisadi Əlaqələr Nazirliyinə çevrilən Azərbaycan Dövlət Plan Komitəsinin xarici iqtisadi əlaqələr şöbəsində işləməyə başladı və burada baş mütəxəssisdən idarə müdiri vəzifəsinə qədər yüksəldi.

1994-cü ildə Azərbaycanda az tanınmış iki kosmetik brend ilə qarşılıqlı əlaqə qurdu və kiçik sərmayə ilə ilk “Sabina” mağazası açıldı. Bu gün, 25 ildən sonra bacarıqlı idarəetmə, zəhmətkeşlik və maliyyə potensialından səmərəli istifadə nəticəsində istehlakçılara demək olar ki, dünyanın bütün tanınmış brendlərini təqdim edən, ölkənin ən böyük parfümeriya və kosmetika şəbəkəsidir.

Ömrünün son günlərinə qədər ciddi xəstəliyinə baxmayaraq, bütün gücünü şirkətin xeyrinə və gələcək inkişafı üçün sərf etməyə davam etdi. Özünü şirkətə tam həsr etmək kimi keyfiyyətləri onun Kann (Fransa) şəhərində işgüzar səfərdə şəxsən iştirak etməsinə səbəb oldu. Təəssüf ki, bu səfər onun üçün sonuncu oldu…

Hər bir işçinin xatirəsində müdrik və ədalətli bir lider, qayğıkeş və səbirli direktor, hər vəziyyətdə anlamağa və kömək etməyə hazır olan bir insan olaraq qalacaq. Onu tanıyan hər kəsin qəlbində xoş xatirə olaraq əbədi yaşayacaq.

Allah rəhmət etsin!

Vida mərasimi 5 oktyabr 2019-cu il, saat 11: 00-dan etibarən “Təzə Pir” Məscidində baş tutacaq.