Ancelina Coli, parisli qadınlar arasında həyəcan yaratdı

Ancelina Coli, parisli qadınlar arasında həyəcan yaratdı. Aktrisa və rejissor Parisdə Guerlain ətriyyat butikina baş çəkdi. Ancelina Fransaya İordaniyadan uçub gəldi. Orada Suriya qaçqınlarının düşərgələrinə baş çəkməyə getmişdi. 
oşməramlı səfiri kimi vəzifələrini yerinə yetirdikdən sonra Ancelina Coli Guerlain ətriyyat kompaniyasının reklam videosunun çəkilişinə start veriləcəyi Fransaya uçdu. Florale əlavəli yeni Guerlain Mon ətri yaz hiti olacaq. Reklam videosunda çəkiləcək hekayə isə güclü və tabe olmayan qadın haqqında danışır. Videonun geniş versiyasında Coli müsahibəsinin qısa hekayələri olacaq. O, öz anası və onun sevdiyi Guerlain kirşanı haqqında danışacaq.