AZ / EN / RU
 
 
Sabina Perfumery & Cosmetics
 

Проверить баланс карты

 
 
 

Sisley ətirləri ilə şərq axşamı

Sabina parfümeriya-kosmetika mağazalar şəbəkəsi Azərbaycandakı Fransa səfirliyində Sisley Soir d'Оrient ətirini təqdim etdi. Tədbir Fransanın Azərbaycandakı səfiri Paskal Mönyenin salamlaması ilə başladı. Ardınca Sisley markasının nümayəndəsi Yann Masson və Sabina mağazalar şəbəkəsinin nümayəndələri qonaqlara yeni Sisley Soir d'Оrient ətirini təqdim etdilər.

Təqdimat üçün yer seçimi təsadüfi olmadı. Axı Sisley markasının yaradıcıları Fransanın ən məşhur aristokrat ailələrindəndirlər.

Markaya qraf Yuber d'Ornaro ilə həyat yoldaşı qrafinya İzabel rəhbərlik edir.

Soir d'Orient kompozisiyasının bazasına italyan limonu, iran qalbanumu və zəfəranın qığılcımsaçan notları daxildir. Onlar ətirin ürəyində türk qızılgülü, Misir ətirşahı və madaqaskar qara istiotu ilə əvəz olunur. Sisley Paris yeni ətirinin şleyfinə paçuli, səndəl və Somalinin xoş ətirləri daxildir.

Soir d'Orient kompozisiyanı birinci dəyərləndirmək üçün markanın pərəstişkarları, şou-biznes nümayəndələri və KİV nümayəmdələri dəvət olunmuşdur.

Axşamın abu-havasını xoş musiqi və qonaqların dostsayağı ünsiyyəti tamamladı. Sisley markasının Azərbaycandakı rəsmi distribyuteri Sabina Perfumery&Cosmetics yeni ətirin satışını 2015-ci ilin oktyabrından həyata keçirəcək.

(Fransız kosmetik və parfümeriya markası Sisley – dünyada de-luxe səviyyəli kosmetika və parfümeriya sahəsində liderlərdən biridir. Sisley markasının Azərbaycandakı eksklüziv distribyuteri Sabina Perfumery&Cosmetics kompaniyası)

 

Sisley ətirləri ilə şərq axşamı.

YENİLİKLƏR