AZ / EN / RU
 
 
Sabina Perfumery & Cosmetics
 

Проверить баланс карты

 
 
 

Kartlar

“SABİNA” hədiyyə kartları


Hədiyyə etmək asandır!
Yaxınlarına nə hədiyyə etməyi düşünürsən?
Sərbəst seçim bağışla və ən yaxşı hədiyyə məhz sənin hədiyyən olacaq!
“Sabina” hədiyyə kartları – rahat və xoşagələn (sevindirici) hədiyyədir.

Mövcud olan 10, 20, 50, 100 manatlıq kartlara artıq 200 və 500 manatlıq kartlar da əlavə edildi.

Hədiyyə kartlarının istifadə qaydaları:

hədiyyə kartının sahibi kart vasitəsi ilə mövcud məbləğ çərçivəsində istədiyi qədər məhsul əldə edə bilər
kart pula dəyişdirilmir
hədiyyə kartı bir dəfəyə mala çevrilməlidir
seçilmiş malların qiyməti kartın məbləğindən artıq olarsa nağd pulla fərqi ödəmək olar
seçilmiş malların qiyməti kartın məbləğindən az olarsa fərq nağd pulla qaytarılmır
mallar hədiyyə kartları ilə alınanda bütün mövcud güzəştlər, o cümlədən “Sabina Club” kartları üzrə endirimlər, tətbiq olunur
Hədiyyə kartlarını istənilən “Sabina” mağazasında almaq olar.

Sabina Club kartları


“Sabina” parfümeriya və kosmetika mağazalar şəbəkəsi bizim müştərimiz olduğunuza görə Sizə öz minnətdarlığını bildirir. Biz çalışırıq ki, mağazalarımızda alış-veriş etmək sevinc və zövq verməklə yanaşı, Sizin üçün həm də əlverişli olsun. Bu məqsədlə daimi müştərilərimiz üçün “Sabina” Klubu yaratdıq və “Sabina” yığımcıl endirim kartlarını tətbiq etdik.
Endirim kartları istənilən “Sabina” mağazasında bir dəfəyə 100 manatdan artıq məbləqdə mal alana pulsuz verilir.

Endirim faizləri aşağıdaki qayda ilə hesablanir


Yığım məbləği:
200 - dən 499 manata qədər - 5%
500 - dən 1499 manata qədər - 10%
1500 - dən 3999 manata qədər - 15%
4000 manatdan yuxarı - 20%

1. Yığım kartlarının balansına ödənilmiş məbləğ əlavə olunur.
2. Chanel brendinin məhsullarına maksimum endirim - 10%
3. Hədiyyə sertifikatlarının alışı zamanı endirim- 0%
4. Endirim Hermes brendinin məhsullarına şamil edilməyir.

Endirim kartlarının istifadə qaydaları


• Endirim kartı bütün “Sabina” mağazalarında etibarlıdır
• Endirim faizləri son 12 ay ərzində yığılmış məbləğdən asılıdır
• Endirim kartı şəxsiyyəti təsdiq edən sənədi təqdim etdikdə etibarlıdır və ücüncü şəxslərə ötürülməsi yol verilməzdir
• Endirim kartının istifadə müddətinə məhdudiyyət qoyulmur
• Kartın balansını və kartla aparılan bütün əməliyyatları bizim saytımızda müstəqil surətdə yoxlamaq olar. Bunun üçün səhfənin yuxarı sağ küncündə yerləşən “Klub kartı” sözlərindən sonra boş xanaya kartınızdakı ştrix-kodun onüç rəqəmini daxil edin sonra “Yoxla” və yaxud Enter düyməsini basın.
• İtirilmiş və yararsız vəziyyətə düşmüş kartlar bərpa olunur
• Güzəştlərin verilməsi və şərtlərə dəyişiklik edilməsi “Sabina” şirkəti tərəfindən təyin olunur və onun qərarı ilə dəyişilə bilər

«Sabina» endirim kartları ilə mağazalarımıza gəlişiniz Sizə xüsusi zövq verəcək!
“Sabina” – Hər zaman Sizinlə! Hər zaman Sizin üçün!
"Brendlər üzrə Balans"
Artıq alış-veriş edən zaman klub kartınızı təqdim etdikdə, Siz nəinki endirim faizinizin yüksəltmək üçün pul balansınızı artıracaqsınız, eyni zamanda “brendlər üzrə”də balansınızı artıracaqsınız.
Bu fumksiya Sizin kartınızda 2011-ci il 1 avqust tarixindən aktivdir.
Bu nə deməkdir?
Aşağıda göstərilən brendlərin məhsullarını əldə etmək üçün sərf olunan məbləğ həmin brendin balansına da əlavə olunacaq.
Biotherm
Carita
Chanel
Clarins
Clinique
Decleor
Dior
Dolce&Gabbana
Estee Lauder
Givenchy
Guerlain
Methode Jeanne Piaubert
Kenzo
Lancome
Payot
Shiseido
Sensai
Sisley
Stendhal
Yves Saint Laurent
Hər hansı bir brendin balansındakı məbləğ 500 AZN-i keçərsə, müştəri toplanmış məbləğdən 5% dəyərində bonus əldə edəcəkdir. Bu bonus sayəsində həmin brendin məhsullarını pulsuz əldə etmək olacaq.
Misal üçün:
15% endirimə sahib olan müştəri əldə edir:
Corablar – 25,4 manat
Alt paltarları – 48,6 manat
Biotherm – 680 manat
Shiseido – 340 manat

Pərakəndə dəyəri 1094 manat. Ödəniş 1094-15% = 929.9-dir Pul balansı 929,9 manata qədər artır. Ödənilən (təmiz) məbləğ sayəsində artan pul balansından fərqli olaraq, “brendlər üzrə” balans pərakəndə qiymətlərlə artır. Bu üsulla Shiseido brendinin balansı 340 manat təşkil edir. Biotherm brendinin balansı 680 manat təşkil edir.
Biotherm-in balansı 500 manatdan artıq olduğu üçün müştəri 680*5%=34 manat dəyərində Biotherm markasından istədiyi məhsulu pulsuz əldə edə bilər və yaxud da bonusa toxunmadan Biotherm brendinin balansını artırmaqda davam edə bilər. Əgər müştəri bonusundan yalnız 20 manat istifadə edərsə, balans müvafiq olaraq, 400 manata enir.Gələcəkdə brendin balansının artması qalıq yəni, 280 manatdan davam etməyə başlayır, lakin bonusdan istifadə hüququ bir daha brendin balansının 500 manatdan artıq olmasından sonra mümkün olacaq.
“Brendlər üzrə” balansı istənilən «Sabina» mağazasında və ya müstəqil yoxlaya bilərsiniz.
«Sabina» mağazalarında aparıcı brendlərin məhsullarını əldə etmək daha da sərfəli oldu.
Sabina hər zaman Sizinlə, hər zaman Sizin üçün.

*Brendlər üzrə toplanmış bonusdan bayram günləri- 25 dekabrdan 31 dekabra və 1 mart tarixindən 9 mart tarixinə qədər istisna olmaqla istənilən vaxt istifadə etmək (hədiyyəni əldə etmək) olar.

YENİLİKLƏR