AZ / EN / RU
 
 
Sabina Perfumery & Cosmetics
 

Проверить баланс карты

 
 
 

Fresh Line

 

Fresh line  nəfəsdən də təravətli. Qulluq məhsullarından istifadədən sonra yaddaşda nə qalır? Dəridəki hisslər və ətirlər. Fresh Line qulluq məhsullarınının hazırlanmasında həm effektə, həm də xoş ətirə cavab verən təbii inqredientlərdən istifadə olunur.

Fresh line nəfəsdən də təravətli

Qulluq məhsullarından istifadədən sonra yaddaşda nə qalır? Dəridəki hisslər və ətirlər. Fresh Line qulluq məhsullarınının hazırlanmasında həm effektə, həm də xoş ətirə cavab verən təbii inqredientlərdən istifadə olunur.

Fresh Line yunan markasının tarixi onun yaradıcısı Mayra Vayoni-Stasinopulunun Afinada 1992-ci ildə kiçik mağaza açmaq qərarına gəlməsindən başlayıb. O, yunan adası Zakinfdən olan nənəsinin Yunanıstanın nadir ot və bitkilərinin müalicə və aromaterapevtik xüsusiyyətlərindən olan reseptləri əsasında hazırlanan kosmetik məhsulları satmağa hazırlaşırdı. O, lap uşaqlıqdan öz şəxsi mətbəxində nənəsinin reseptlərinə sadiq qalaraq, bağ və soyuducudan təravətli inqredientlərdən istifadə etməklə kosmetika hazırlayırdı.

Zamanla o, qədim yunan alimləri və həkimlərinin- Dioskur, Teofrast, Hippokratın əməklərinə müraciət etdi və onların sayəsində ailəsinin ənənəvi reseptlərini yaxşılaşdırdı. Fresh Line məhsullarının çoxunun adı yunan mifologiyasından götürülüb. Bu yolla kompaniya irsi ilə fəxr etməsini bildirir. Bu gün Fresh Line bütün ailə üçün 400-dən çox innovative və təhlükəsiz əl işləri kosmetikası istehsal edir. Bütün məhsullar Afinada 5000 m2-lik şəxsi sahədə istehsal olunur və dünyada 14 ölkədə 250-dən çox nöqtədə satılır.

Bədən üçün ən dadlı skrab və losyonlar mürəbbə bankalarını xatırladan bankalara yerləşdirilib. Bu səbəbdən də onları yemək istəyi böyüklərdə olduğu kimi uşaqlarda da yarandığı üçün onları uşaqlardan uzaqda, təhlükəsiz yerlərdə saxlamaq lazımdır.

Fresh Line çeşidlərinə qədim aroma və fitoterapiya reseptləri əsasında hazırlanan dəriyə qulluq üçün effektli məhsullar daxildir. Bütün məhsulların tərkibinə aktiv inqredientlər- təbii və efir yağları, bitki ekstraktları və vitaminlər- hər reseptə ciddi yoxlanılmış sayda, ən azı 12 dənəsi daxildir. Məhz bu səbəbdən də Fresh Line məhsulları effüktlidir və gözlənilən nəticəni verir.

Fresh Line məhsullarının hazırlanmasında silikonlar, parabenlər, propilen və butilenqlikol, neftkimya mənçəli məhsullar, mineral yağlar, kollagen, trietanolamin, karbomerlər və heyvanlar üzərində testdən keçirilən iqredientlərdən istifadə olunmayır.


Yaranma ili: 1992
Ölkə: Yunanıstan

YENİLİKLƏR Fresh Line