AZ / EN / RU
 
 
Sabina Perfumery & Cosmetics
 

Проверить баланс карты

 
 
 
Hydra Beauty Flash

CHANEL, Hydra Beauty Flash

Yeni nəslin məhsulu- dərhal nəmlənmə, hamarlaşma və dərinin parıltısı üçün balzam. Dəri bir anda hamar, parıltılı olur və rahatlıq əldə edir. Kosmetik məhsul yorğun, susuz və solğun dəri üçün nəzərdə tutulub. Stress, yorğunluq və mövsüm dəyişilmələri zamanı məsləhət görülür. 

Üstünlükləri

Valehedici effektliliyə malik balzam dərhal nəmləndirir, hamarlaşdırır və parıltı bəxş edir. Hydra Beauty Flash balzamı dərini dərhal bərabərləşdirir və tam rahatlıq hisləri bəxş edir. Qırışlar hamarlaşır, məsamələr azalır, dərhal dəri parıltı effekti əldə edir. 

Aktiv komponentlər

- kameliya Alba PFA*,  Hydra Beauty qammasının embleminə çevrilən aktiv inqredient, kameliyadan alınır və dəriyə hüceyrələrin daxilində olan nəmi bərpa etməyə və qoruyub saxlamağa kömək edir. 
- mavi zəncəfil  PFA*,dərini azad radikallardan müdafiə edən və hüceyrələrin təbii özünü müdafiə sistemini möhkəmləndirən güclü antioksiddir. 
-  soft-focus ultra yüngül tozlar dəri çatışmazlıqlarını korrektə edir. 
- C** və E vitaminləri dərinin parıltısını artırır.  
- karite və morinqi yağları yüksək nəmləndirici xüsusiyyətlərə malikdir. 

* PFA: aktiv maddələrin polifraksionlaşdırılması. Həddindən artıq təmiz aktiv inqredientlərin alınması üçün CHANEL tərəfindən kəşf olunan ekstraksiyanın xüsusi üsulu.  
** Törəmə C vitamini.

İstifadə ritualı

Hydra Beauty Flash balzamını səhər və/və ya axşam təmiz quru dəriyə , nəmlləndirici Hydra Beauty Micro Sérum serumundan və ya kremdən sonra çəkin. Zəngin tekstura dəri üzərində zərifcəsinə əriyir, dərhal hopur və yağlı örtük buraxmayır.

Həcm: 30 ml.


Xətt: HYDRA BEAUTY
 

HYDRA BEAUTY

 
Image
Hydra Beauty Micro Gel Yeux

İntensiv nəmlənmə, hamarlaşdırma və gözətrafı parıltı üçün gel 

Image
 
Увлажняющий лосьон для лица Hydra Beauty Lotion Very Moist

Nəmlənmə, müdafiə, parıltı

Image
Hydra Beauty Flash

Dərinin dərhal nəmləndirilməsi, hamarlaşdırılması və parlaması üçün balzam. 

YENİLİKLƏR CHANEL