AZ / EN / RU
 
 
Sabina Perfumery & Cosmetics
 

Проверить баланс карты

 
 
 
Hydra Beauty Micro Gel Yeux

CHANEL, Hydra Beauty Micro Gel Yeux

Gözətrafı həssas nahiyyə üçün nəzərdə tutulmuş, tərkibində kameliya mikrosferləri olan ilk nəmləndirici məhsul. Mikroflüid texnologiyası əsasında hazırlanan, intensiv nəmləndirici, hamarlaşdırıcı və dəriyə parıltı verən Hydra Beauty Micro Gel Yeux geli su çatışmazlığı səbəbindən yaranan qırışlara, şişkinlik və tünd dairələrə məqsədyönlü şəkildə təsir edir. İnnovasiyon formula təribində onun təmizliyini qoruyan kiçicik mikrosferlərdən ibarət nəmləndirici xüsusiyyətləriylə tanınan kameliya ekstraktı daxildir. O, gözətrafı dərini intensiv hamarlaşdırır və qırışları azaldır. Yorğunluğa qarşı mikrosirkulyasiyasını yaxşılaşdıran kompleks şişkinlik və tünd dairələri aradan götürür. Su kimi yüngül və emulsiya kimi rahat təravətli tekstura dəri ilə mükəmməl uyğunlaşır. 

Üstünlükləri

Gözətrafı dəri üçün intensiv nəmləndirici, hamarlaşdırıcı və parıldadıcı Hydra Beauty Micro Gel Yeux geli özündə qeyri-adi effektliliyi və unikal cazibə təcrübəsini birləşdirir. Gözətrafı dəri nəm ilə zənginləşib, qırışlar gözəçarpan dərəcədə hamarlaşır, dəri istirahət edir və yenidən təravətlə parıltı əldə etmiş olur.  Yüksək dayanıqlı formul həddindən artıq çox həssas olan gözətrafı nahiyyəyə mükəmməl adaptasiya olunur. 

Aktiv komponentlər

- kameliya Alba OFA*, eksklüziv lipid ekstraktı** mikrosferlərin içində özünün ən təmizformasında. Nəmlənməni gücləndirir, intensiv hamarlaşdırır və dərinin möhkəmliyini artırır. 
- kameliya Alba PFA***, aktiv inqredient,  Hydra Beauty qammasının emblemidir. O, kameliyadan alınır və dəriyə bərpa olunmağa, hüceyrələrin tərkibində nəmi optimal qoruyub saxlamağa kömək edir. 
- mavi zəncəfil PFA***, güclü antioksid dərini azad radikallardan müdafiə edir və hüceyrələrin təbii özünümüdafiə sistemini möhkəmləndirir. 
- mikropepdit, yorğunluq hisslərini aradan götürür, şişkinlik və tünd dairələrə məqsədyönlü şəkildə təsir edir.

* Oleo Fractioned Active: aktivniy inqredient.
** Beynəlxalq patent üçün ərizə verilib.
*** PFA: Həddindən artıq təmiz aktiv inqredientlər əldə etmək üçün Chanel tərəfindən kəşf olunan xüsusi ekstraksiya üsulu. 

İstifadə ritualı

Gözətrafı dəri üçün intensiv nəmləndirici, hamarlaşdırıcı və parıldadıcı Hydra Beauty Micro Gel Yeux gelini yaxşı təmizlənmiş, quru gözətrafı nahiyyəyə çəkin.
Geldən bir az götürüb (düyü öolçüsündə) göz konturlarına daxili küncdən xaricə doğru, ömcə aşağı göz qapağına sonra isə yuxarıya hamarlaşdırıcı hərəkətlərlə çəkin. 
Qanın mikrosirkulyasiyası və dərinin parıltısı üçün barmaqların ucuyla yüngülcə təzyiq göstərin. 

Həcm: 15 ml.


Xətt: HYDRA BEAUTY
 

HYDRA BEAUTY

 
Image
Hydra Beauty Micro Gel Yeux

İntensiv nəmlənmə, hamarlaşdırma və gözətrafı parıltı üçün gel 

Image
 
Увлажняющий лосьон для лица Hydra Beauty Lotion Very Moist

Nəmlənmə, müdafiə, parıltı

Image
Hydra Beauty Flash

Dərinin dərhal nəmləndirilməsi, hamarlaşdırılması və parlaması üçün balzam. 

YENİLİKLƏR CHANEL