AZ / EN / RU
 
 
Sabina Perfumery & Cosmetics
 

Проверить баланс карты

 
 
 
Goldea The Roman Night EDP 50ml

Bvlgari, Goldea The Roman Night EDP 50ml

"Mənim təsəvvürümü Əbədi Şəhər Romada sirrli ilahənin çıxması cəlb etdi: Goldea, The Roman Night ətri mən tərəfdən ona və obrazına uyğun yaradılıb. Xarizmatik, gözqamaşdırıcı və cazibəli, onun qızılı eliksirə istiqamətlənmiş aurası sehrlidir, kompozisiyası ağ çiçəklərdən təşkil olunub-məhz onlar alatoranlıq zamanı güclü ətir saçır."
Alberto Morillas

Yuxarı notlar: Qara pion
Ürək notları: Çiçəkləyən jasmin, Tuberoza
Şleyf notları: Qara müşk, paçuli ürəyi, Vetiver
Gecələr çiçəkləyən dəbdəbəli, sirrli, ağ çiçəklər ətir kompozisiyasının ətrafında parıltı yaradaraq, ona hipnotik xarakter bəxş edir.

Flakonun sehri

Hipnotik xüsusiyyətlər və simvolik mənaya malik Bulgari əsərlərində Serpenti kolleksiyasında ilan mistik totem canlısını təmsil edir. O, öz pulcuqları ilə Goldea ətirlər kolleksiyasının flakonlarının boynunu əhatə edir. İlan qədimdən ilahələrin böyük gücünü xatırladır. Bu gün əbədi həyat simvolu Bulgari Serpenti kolleksiyasının ətirlərində öz əksini tapır. Onların əvvəli 40-cı illərdən başlayır indiyə qədər məşhurdur. Qara ilan Bulgari əsərlərinə xas olan zəriflik ilə Goldea, The Roman Night flakonunu əhatə edir. Bu flakona qadını məşhurlaşdıran ətir yerləşdirilib.

Roma üzərindəki səma kimi, Goldea silueti günəş, ay və yer kürəsinin bir xətt boyu düzülməsi kimi nadir və qiymətli anı səsləndirir. Günəş batması zamanı olduğu kimi fantastik günəş şarı işıq halqasına çevrilərək, maqnit kimi özünə diqqət cəlb edir. Bulgari yüngül toxunuşlarla Goldea, The Roman Night ətrinin siluetini çəkərək, ona müasir dizaynlı zərif əsərin cizgilərini bəxş edir. Ondan istifadə edən qadın güc və eyni zamanda intuisiyaya malikdir, özünə güvənir və oynaqdır.

Qablaşdırmada həndəsi elementlərdən istifadə olunub. Onlar Serpenti kolleksiyasından ilan pulcuqlarını xatırladır. Qızılı parıltılarla oynayan qablaşdırma işıldayan brilliantlara bənzəyir. Ən parlaq qadın kimi parıldayan Goldea, The RomanNight Roma gecəsinin kraliçasını təcəssüm etdirir.


Xətt: Goldea The Roman Night
 

Goldea The Roman Night

 
Image
Goldea The Roman Night EDP 30ml

Gecələr çiçəkləyən dəbdəbəli, sirrli, ağ çiçəklər ətir kompozisiyasının ətrafında parıltı yaradaraq, ona hipnotik xarakter bəxş edir.

Image
Goldea The Roman Night EDP 50ml

Gecələr çiçəkləyən dəbdəbəli, sirrli, ağ çiçəklər ətir kompozisiyasının ətrafında parıltı yaradaraq, ona hipnotik xarakter bəxş edir.

Image
Goldea The Roman Night EDP 75ml

Gecələr çiçəkləyən dəbdəbəli, sirrli, ağ çiçəklər ətir kompozisiyasının ətrafında parıltı yaradaraq, ona hipnotik xarakter bəxş edir.

YENİLİKLƏR Bvlgari