ölkə:
USA
əsaslanma tarixi
1913
təsisçi
Thomas Lyle Williams Sr

1914-cü ildə Çikaqo Meybel Uilyamsdan gənc qadın mətbəx plitəsindən alov ilə  kirpik və qaşlarını yandırdı. Əvvəlki görünüşünü qaytarmaq üçün o, kül, kömür tozu və texniki vazelini qarışdırdı. Alınan qarışığı kirpiklərinə və qaşlarına çəkdi.

Onun qardaşı Tomas Lil Uilyams (Thomas Lyle Williams) bu kəşfdən ilhamlanaraq, dünyada ilk müasir tuşu yaratdı. Sonra o, Maybell Laboratories kompaniyasını yaratdı və tuşları poçt sifarişləri sistemi vasitəsilə satmağa başladı.

Tezliklə bütün amerikalı qadınlar Maybelline məhsullarını tələb etməyə başladılar və 1932-ci ildə kompaniya onların tələblərinə cavab verərək, öz kosmetikasını yerli univermaqlara payladı. Elə o vaxtdan da əfsanəvi markanın məhsul çeşidləri artmaqda davam edir.

1971-ci ildə, daimi innovasiyalardan yarım əsr sonra Maybelline markası çəhrayı və yaşıl qablaşdırmada su əsaslı inqilabi Great Lash tuşunu təqdim etməklə kosmetik məhsullar dünyasını silkələdi. O zamandan tuş dünyanın ən çox satılan məhsulları sırasına daxil oldu.

2004-cü ildə buraxılmış ultra yüngül teksturalı matlaşdırıcı Dream Matte Mousseс tonal musu bu gün dünyada № 1 tonal əsasdır. 

2009-cu ildə Maybelline New York öz sahəsində yenidən inqilab etdi. O, Asiyada ilk BB-kremi təqdim etdi: Dream Fresh BB 8-i 1-də hamarlaşdırıcı effekt ilə.

Dodaqlara qulluq sahəsində Maybelline New York 2012-ci ildə dodaqlar üçün Color Show boyalar seriyasını təqdim etdi. Cəsarətli teksturalar, rənglər və effektlər kolleksiyaya Nyu-York podiumlarından gələrək, hamıya obrazın aktual tamamlanması imkanını verdi.

Bu gün Maybelline New York markası - bütün dünyada on üç dəb həftəsinin rəsmi Make-up sponsorudur. Kompaniya qadınlara Nyu-Yorkun parıltı və enerjisini, dekorativ kosmetika sahəsində müasir innovasiyaları təqdim edir. O, podiumlardan ən aktual obrazları hamıya əlçatan edir.

Maybelline New York markası hər bir qadın üçün öz fərdi individuallığını ifadə etmək imkanı yaradır.