TON VƏ KUŞON

Avropa və Amerikaya dəyişikliklər küləyi ilə Asiyadan həddindən artıq çox byuti- yeniliklər gəlib. Asiyada hamar üz tonuna böyük önəm verilir. Nisbətən müasir hesab olunan kuşonlar çox məşhur yenilik sayılır. Bəs onların prinsipial fərqi nədədir? İndi bu barədə danışacayıq.

  • 1) Birinci və ən vacibi onlar istifadədə çox rahatdır, onların qabda olan tonal məhsulların axdığı kimi mənfi xüsusiyyəti yoxdur.
  • 2) Məhsulu kuşona yığdığınız sponj məhsuldan lazımi qədər götürəcək və nəticədə məhsul itgisi ilə üzləşməyəcəksiniz.
  • 3) Kuşonlar yüngül finişə nail olmağa imkan verir və təbii makiyaj sevənlər üçün uyğundur. + onlar istifadədə rahat olduğu üçün zamana da qənaət olunur.
  • 4) Əgər siz bb-kremlərin və onların ortmə dərəcəsinin fanatısınızsa, o zaman kuşonlar sizin üçündür. Effekt demək olar ki, eynidir, lakin qablaşdırma fərqlidir. 5) Kuşonların tərkibində bir qayda olaraq, nəmləndirici maddələr daha çox olur. Bəzilərinin tərkibində isə müdafiə faktoru da var. Bunun sayəsində bir neçə meyk-up məhsulu üst-üstə çəkməyə ehtiyac olmayacaq və makiyajınız da asanlaşacaq.

♥ Buyurun! Sizin üçün kuşonların bestsellerlərini yığmışıq!

☝ P.S Kuşonlara dəb Koreyadan gəlib. Orada tək tonal vasitələr yox, həmçinin dodaq parıltıları, dodaq boyaları, ənliklər, göz kölgələri və konsilerlər də istehsal olunur.

 

*Sabina jurnalından məqalə, N36 (2017)