PUPA-dan PINK MUSE yaz kolleksiyası

PINK MUSE VAMP! PALETTE

Zərif göz makiyajı üçün parlaq mat finişli təmiz rəng. İpək kimi, əriyən tekstura özündə yaxşı yayılma xüsusiyyəti və yüksək rəngötürmə xüsusiyyəti, eləcə də kremin sensor xüsusiyyətlərini birləşdirir. Uzunmüddətli “maye toz” effekt. Yeganə variant: charming nude.

PINK MUSE VAMP! METALLIC EYESHADOW

Superintensiv rəng və superdolğun “folqa effekti”. Baxışlarınız inanılmaz parlaqdır. Yüngül və məxməri tekstura göz qapaqlarına çox gözəl çəkilir və uzun müddət rahatlıq ilə təmin edir. Göz kölgələrini qeyri-adi metallik finiş effekti yaratmaq üçün quru halda çəkin, daha ekstremal “folqa effekti” yaratmaq üçün isə nəm halda istifadə edin. Kolleksiyaya 4 rəng daxildir.

PINK MUSE KOHL EYEPENCIL

Gün boyu intensiv və dolğun rəng. Qələmin piqmentlə zəngin yumşaq ucu dəri üzərində sürüşür və artıq ilk çəkilmədə eynicinsli rəng bəxş edir. 3 çalar təqdim olunur.

PINK MUSE MISS PUPA

Parıltılı dodaqlar və kristal parıltı hissəcikləri ilə yarımşəffaf rəng. Mükəmməl nəticə. Gel kimi tekstura asan çəkilir, sensor xüsusiyyətlərə malikdir, dodaqların həcmini vurğulayır, xoş komfort hissləri bəxş edir. Sizin dodaqlarınız? Parıltılıdır! 3 rəng.

PINK MUSE MISS PUPA GLOSS

“Nəm effektli” və 3D-həcmli ultraparıltılı dodaqlar. Mükəmməl! Dodaq parıltınızdan gözlədiyiniz hər şey bu məhsulda cəmlənib. Krem tekstura dodaqları yumşaq örtüklə örtür və onları yapışqan etməyir. 3 çalar təqdim olunur.

PINK MUSE CHUBBY BALM

Dodaqlarda supertəbii və ən əsası individual rəng. Xüsusi piqmentlər dodaqların pH səviyyəsindən asılı olaraq, reaksiya verir və nəticədə unikal və məhz sizə yaraşan olur. Yalnız bir universal rəng.

PINK MUSE CREAM HIGHLIGHTER

İşıq aksentləri və zərif parıltı ilə üzünüz vurğulanır. Əriyən krem tekstura asan yayılır və toxunuşda xoş hisslər bəxş edir. Zərif vanil xoş, şirin ətir bəxş edir.

LASTING COLOR GEL

3D effektli supercilalı və superparıltılı dırnaqlar. Formulun tərkibinə yüksək dərəcədə qətran və qalın finiş daxildir. 2 çalar. Məhsulu ya ayrılıqda ya da parıltı hissəcikləri olan finişlə birgə istifadə edə bilərsiniz.

PINK MUSE TOP COAT

Dırnaqlarda zərif qızılı çalarlar və azacıq işıq bayram effekti bəxş edir! İnnovasiyon şəffaf formula çoxlu sayda parıltılı hissəciklər daxildir.