ölkə:
Fransa
əsaslanma tarixi
1913
təsisçi
Nadia Payot

PAYOT institutu  məşhur fərqli qadınlardan olan Nadya Payonun sayəsində yaradılıb. Öz nəslinin ilk qadın-həkimlərindən olan bu qadın 1913-cü ildə tibbə aid öz bilik və təcrübələrini qadın gözəlliyi sahəsində istifadə etmək istəyini qəti şəkildə ifadə etdi.Prima balerina Anna Pavlova ilə münasibət quran Nadya Payo dəriyə qulluq və qayğının vacibliyini başa düşməyə başlayır.Əgər bədəni fiziki hərəkətlərin köməyi ilə modelləşdirmək olarsa, gözəl və cavan bədən quruluşunu qoruyub saxlamaq olarsa, bəs üz üçün niyə bu cür nəticələr əldə olunmasın?  Bu qadın gözəllik ilə özünü necə hiss etmək arasında  nə qədər sıx bağlılığın olmasını anlayır.