ölkə:
İtaliya

MOLIABAL - bu, lüks seqmentində saçlar üçün aksesuarlar istehsal edən ilk italyan brendidir. İtaliyada yüksək səviyyəli materiallardan əl ilə hazırlanmış MOLIABAL aksesuarları rahat və yüngüldür. Kolleksiyada ipək, şifon və kristallardan istifadə olunub. Kolleksiya əsasən ağ və qara, bir az da mövsümü rənglərdən ibarətdir. Brendin əsasını qoyan və baş menecer Monica Massini marketinq və dizayn sahəsində böyük təcrübəyə malikdir. Onun ailəsi 50 ildən çoxdur ki, gözəllik industriyasına cəlb olunub. O, 5 yaşından başlayaraq öz atası ilə bütün dünyanı səyahət etmiş, onunla görüşlərə getmiş və nəticədə təcrübə toplamışdır. Monika qeyd edir ki, o, yeni materialların axtarışına fanatik yanaşır və hər zaman mükəmməllik axtarır. Ətrafında olan hər şey onun dizaynı üçün ilham mənbəyidir. Səyahətlərdə olan zaman, müsiqi dinləyən zaman və ya sadəcə gəzişən zaman o, onu cəlb edən hər şeyi qeyd edir. Saçlar üçün aksesuarlar xəttinin yaradılması ideyasını öz üç ən yaxın dostu ilə müzakirə edərək, brend üçün MOLIABAL adını fikirləşdirlər. Bu ad onların adlarının başlanğıc hərflərindən ibarətdir - MONICA, LICIA, ABELE, ALBERTO. Öz kolleksiyasını buraxmağın zamanı olduğunu qərar alaraq, o, yeni materiallar axtarmağa başladı.
MOLIABAL MILANO öz alıcılarına geniş çeşidli saç aksesuarları təqdim edir.
Hər bir saç aksesuarı orqanzadan ibarət öz çantasında təqdim olunur.