ölkə:
USA
əsaslanma tarixi

LANCASTER GÜNƏŞDƏN MÜDAFİƏ SAHƏSİNDƏ UNİKAL İRSƏ MALİKDİR
Bu, günəşli Monakoda doğulan brend üçün tamamilə təbiidir. 1971-ci ildə LANCASTER ilk dəfə kosmetika bazarında günəşdən müdafiə seriyasını buraxır. O vaxtdan etibarən LANCASTER məhsulları yeganə missiyanı əks etdirir - etibarlı MÜDAFİƏ və gözəl QARALMA, zövq ilə günəş vannası qəbul etmə ilə təmin edir.

SİZİN YERİNİZ GÜNƏŞ ALTINDADIR
Harada olmağınızdan və hara gedəcəyinizdən asılı olmayaraq, özünüzə uyğun LANCASTER günəşdən müdafiə məhsulunu seçin, özünüzə təhlükəsiz və gözəl qaralma bəxş edin.
Hər birimizə günəş fərqli təsir edir. Hər birimiz xüsusi senari ilə qaralırıq. LANCASTER ilə öz tələblərimiz və zövqümüzə uyğun məhsul seçə bilərik. Optimal müdafiə, təhlükəsiz qaralma, uzunmüddətli təkrarolunmaz qızılı dəri çaları üçün 30-dan çox məhsul arasında siz sevdiyiniz məhsulu seçə biləcəksiniz. Teksturanı (krem, süd, gel, losyon, spery), SPF səviyyəsi (6-dan 50+-a qədər), qablaşdırmanın formatını seçin.