ölkə:
İtaliya
əsaslanma tarixi
1884
təsisçi
Sotirio Bulgari

Bvlgari — dəbdəbə predmetlərinin istehsalı ilə məşğul olan italyan kompaniyası: zinət əşyaları, saatlar, ətriyyat, dəridən hazırlanmış və fərqli aksesuarlar. Brend öz tarixini əslən yunan olan Sotirios Bulqarinin 1884-cü ildə əsasını qoyduğu zinət əşyaları ailə biznesindən başlayır. Sotirios yaratdığı zinət əşyalarını özündə qədim ustaların ən yaxşı ənənələrini təcəssüm etdirən incəsənət əsəri kimi təqdim etdi.